Tehranın hərbi sənaye zavodlarında güclü partlayış baş verib: Ölən və yaralanan var
2022-05-26 14:36:00

Mayın 25-i axşam saatlarında Tehranın cənub-şərqində yerləşən “Parçin” bölgəsində İranın hərbi sənaye zavodlarında güclü partlayış meydana gəlib.
Partlayışın şiddətli olduğu və partlayış səsinin onlarla kilometr məsafədən eşidildiyi bildirilir. Hərbi qüvvələr partlayış baş verən bölgəni mühasirəyə alıb, gediş-gəliş dayandırılıb.
Hadisə nəticəsində bir nəfərin öldüyü, bir nəfərin də yaralandığı bildirilir. Məlumatda hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası, təcilli tibbi yardım maşınlarının cəlb olunduğu bildirilir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya