Saat:13:24
Haqqımızda

Tehrandan daha bir provokativ açıqlama: İran regionun siyasi coğrafiyasında heç bir dəyişikliyi qəbul etməyəcək

2022-08-11 13:03:00

Tehrandan daha bir provokativ açıqlama: İran regionun siyasi coğrafiyasında heç bir dəyişikliyi qəbul etməyəcək

"IRNA" xəbər agentliyinin məlumatına görə, avqustun 10-u axşam saatlarında İranın prezidenti İbrahim Rəisi və işğalçı Ermənistanın baş naziri Nikol Paşınyan arasında telefon danışığı baş tutub.
Nikol Paşinyanın telefon zənginə cavab olaraq iki ölkə arasındakı münasibətləri tarixi və dərin adlandıran İbrahim Rəisi Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlığın səviyyəsinin artırılması ilə bağlı lazımı tədbirlərin görülməsinin zəruriliyindən dəm vurub.
"İran regionun siyasi coğrafiyasında heç bir dəyişikliyi qəbul etməyəcək və biz Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar olması, bölgənin tərəqqisi və inkişafı üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq", deyə İran prezidenti iddia edib.
"Üçtərəfli atəşkəs bəyanatını imzalayanların onun müddəalarına sadiq qalması, qalan məsələlərin isə dialoq və diplomatik yollarla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin yaradılmasının ən optimal yoludur",deyə Rəisi, habelə qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə iki ölkə arasında əlaqələrin günü-gündən inkişaf etdirilməsindən məmnunluğunu ifadə edərək, İran və Ermənistan arasında tranzitin asanlaşdırılması və infrastruktur, o cümlədən yol və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bəyan edib.
Qeyd edək ki, Yaxın Şərq ölkələrində proksi qruplaşmalar yaradaraq onları maddi və silahla təmin edərək bütün bölgənin əmniyətini təhlükə altına alan və beynəlxalq qanunları heçə sayan "İslam Respublikası"nın prezidentinin regionda davamlı sabitliyin yaradılması üçün qonşu dövlətlərə ağıl dərsi keçməsi təəccüb doğurur.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR