Tehrandan Azərbaycana qarşı qərəz: İran mediası "Azərbaycanın Ermənistana hücum etdiyini" yazır

2022-09-13 12:57:00

Tehrandan Azərbaycana qarşı qərəz: İran mediası

Tehrandan Azərbaycana qarşı qərəz: İran mediası "Azərbaycanın Ermənistana hücum etdiyini" yazır. Belə ki, Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi qarşıdurma İran mətbuatında yanlış və qərəzli şəkildə təqdim edilir. Ermənistanın təxribatçı hücumlarını görməzdən gələn İran mediası Azərbaycan tərəfinin günahkar olduğunu yazır.
İranın İSNA xəbər ajansı guya Azərbaycanın Ermənistana hücum etdiyini iddia edib. Xəbərdə Ermənistanın Azərbaycana qarşı təxribatı barədə dəqiq məlumat verməyib.
Gecə saatlarında Ermənistan Nazirlər Kabinetinin toplantısının keçirildiyi barədə geniş məlumat verən media qurumu "iclasda Azərbaycanın Ermənistana qarşı gecə yarısı başlayan "təcavüzkar addımı" ilə bağlı növbəti addımlar müzakirə edildiyini" bildirib.
"İSNA" Ermənistan baş nazirinin ofisinin "Azərbaycan silahlı qüvvələrinin müstəqil Ermənistan ərazisinə qarşı gecə yarısı "hücuma başladığı" iddiasını yaydığı halda, Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeyini bir cümlədə xülasə edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.115019