Saat:04:57
Haqqımızda

Tehrandan açıqlama: "ABŞ mətbuatı İsrailin hücumunu yuxuda görüb, İrana zərbə İrandan endirilib"

2024-04-19 13:07:05

Tehrandan açıqlama:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın Kiberməkan Milli Mərkəzinin təmsilçisi Hüseyn Dalirian X səhifəsindəki paylaşmasında İranın HHM sistemləri vasitəsi ilə vurulmuş dronların islam respublikasının ərazisindən buraxıldığını bəyan edib.
"Bu dronlar xaricdən, yoxsa ölkə daxilindən buraxılmıb?" sualının cavabında Dalirian yazıb: "Bu dronların uçuş mənzili çox azdır. Ölkə daxilindən havaya qalxdığına şübhə yoxdur".
Bu gün səhər saatlarında dünya mətbuatında yayılan xəbərlərdə İranın HHM sisteminin İsfahan üzərində bir neçə dronu vurduğu bildirilib.
Dalirian İsrailin İran ərazisinə zərbələr endirməsi barəsində Amerika mətbuatında yayılan xəbərlərə şərh verərək yazıb: "Görünür, İsrailin İrana hücum elədiyini ABŞ mətbuatı yuxuda görüb. Bir neçə kvadratkopterlə (onların hamısı vurulub) uğursuz hücum dünyanın heç bir yerində real hücum hesab edilə bilməz".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.170012