Saat:17:40
Haqqımızda

"Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər" - İsrailin müdafiə naziri

2025-06-16 14:14:01

İsrailin müdafiə naziri İsrael Kats Tehrandakı mülki hədəflərə zərbələr endirməklə hədələyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, bu, İran hərbi qüvvələrinin İsrail şəhərlərinin yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavab olacaq.

"Tehran sakinləri bunun əvəzini tezliklə ödəyəcəklər", - o vurğulayıb.

Qeyd olunub ki, iyunun 13-dən bəri İsrailin mülki obyektlərinə endirilən zərbələr nəticəsində azı 21 nəfər həlak olub və 100-dən çox insan yaralanıb. (Report)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.306977