Tehranda Azərbaycanın Baş prokurorunun iranlı həmkarı ilə görüşü baş tutub

2022-08-30 13:28:00

Tehranda Azərbaycanın Baş prokurorunun iranlı həmkarı ilə görüşü baş tutub

Bir neçə saat öncə Tehrana gedən Azərbaycanın Baş prokuroru Kamran Əliyev İranın baş prokuroru ilə görüşüb.
Görüşdə Əliyev deyib: “Azərbaycanda narkotik cinayətləri ilə bağlı bir sıra iranlı məhbuslar cəza çəkir və ekstradisiya müqaviləsi çərçivəsində barələrində yekun məhkəmə qərarı çıxan şəxslər ölkələrinə təhvil verilə bilər və bununla bağlı 137 məhbusun mübadiləsinə dair danışıqlar aparılır”.
 “Ekoloji məsələ ilə bağlı erməni həmkarınızla görüşdə danışıqlar apardığınızı qeyd etdiniz, amma mən onların Araz məsələsində nə dərəcədə səmimi olduqlarını bilmirəm. Çünki bizdə məlumatlar var ki, ermənilər Araz çayına sənaye tullantıları axıdırlar. Biz həm də nüvə tullantılarının Araz çayına axıdılmasından narahatıq, çünki bu elektrik stansiyası sovetlər dövründə tikilib və quruluşu Çernobıl stansiyası ilə oxşardır”,-deyə o qeyd edib.
Məhkəmə istintaqı mərhələsində 41 Azərbaycan vətəndaşının İrana qaçdığını bildirən Kamran Əliyev əlavə edib: “Biz həmin şəxslərin Azərbaycana qaytarılmasını gözləyirik, çünki onlar Azərbaycanın təhlükəsizliyinə təhdid hesab olunurlar. Mən həmin şəxslərin adlarını sizə təqdim edəcəyəm”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056957