Tehran Universiteti İrəvanda Elm və Texnologiya Parkı yaradır

2022-06-23 18:15:00

Tehran Universiteti İrəvanda Elm və Texnologiya Parkı yaradır

Tehran Universitetinin rektoru Seyid Məhəmməd Muqimi Tehranda İrəvan Universitetinin rektoru ilə görüşüb. Görüş zamanı Muqimi deyib: "İrəvan Universitetinin köməyi ilə biz İran-Ermənistan və bölgə ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi üçün birgə araşdırma və təhsil sahələrində rol oynamağa hazırıq".
Onun sözlərinə görə, Tehran Universitetinin maraq dairəsində olan əsas sahələr kimi elmi əlaqələrin inkişaf etdirilməsi, fars dili və ədəbiyyatının Ermənistanda daha geniş yayılması və erməni dilinin İranda daha çox tanınmasıdır.
Tehran Universitetinin rektoru daha sonra İrəvan Universitetinin məkanlarında Tehran Universitetinin Elm və Texnologiya Parkında fəaliyyət göstərən biliyə əsaslanan şirkətlərin filiallarının yaradılmasını və iki universitet arasında bu sahədə əməkdaşlığa başlanmasını təklif edib.
Bununla yanaşı, İranın Dinlər və Məzhəblər Universiteti ilə İrəvan Milli Universiteti arasında bəzi anlaşmalar da əldə edilib. Belə ki, İrəvan Milli Universitetinin rektoru və Ermənistanın İrandakı səfiri ilə birlikdə Dinlər və Məzhəblər Universitetində qonaq olublar.
İran Dinlər və Məzhəblər Universitetinin rektoru Seyid Əbulhəsən Nəvvab işğalçı Ermənistandan gələn qonaqlarla görüşdə iddia edib: "Mən erməniləri çox yaxşı bilirəm və onları İranda uzun illər boyu müsəlman soydaşları ilə birlikdə sülh və əmin-amanlıq içində yaşayan şərəfli və namuslu insanlar kimi tanıyıram və maraqlısı odur ki, indiyə qədər ermənilər haqda heç bir pis və xoşagəlməz xüsusiyyət barədə eşitməmişəm".
İrəvan Milli Universitetinin rektoru Hovanes Havanisyan isə qeyd edib ki, təmsil etdiyi univesitetdə Şərqşünaslıq fakültəsinin tərkibində qürurla tədris olunan və çox sayda erməninin maraqla qatıldığı İranşünaslıq kafedrası və fars dili kursları fəaliyyət göstərir. Onun fkrincə, Şərqşünaslıq, özəlliklə İranşünaslıq bu sahədə ən önəmli ixtisaslardan biri sayılır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya