Saat:04:27
Haqqımızda

Tehran təsdiqlədi - İsrailin Beyruta zərbəsi zamanı iranlı hərbi müşavir də həlak olub

2024-08-01 12:42:40

Tehran təsdiqlədi - İsrailin Beyruta zərbəsi zamanı iranlı hərbi müşavir də həlak olub

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin Beyruta hava zərbələri zamanı iranlı hərbi müşavirin həlak olması xəbərini təsdiqləyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-leytenant Hüseyn Salami iranlı hərbi müşavir Milad Beydinin İsrailin iyulun 30-da Beyruta zərbə endirməsi nəticəsində həlak olması ilə əlaqədar onun ailə üzvlərinə başsağlığı verib.
İsrail ordusu iyulun 30-da Beyrutu vurduğunu və nöqtəvi əməliyyat nəticəsində Fuad Şokru öldürdüyünü bəyan etmişdi. İsrail həbçilərinin məlumatına görə, Şokr "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullanın sağ əli olub və hərəkatın təşkilatında strateji məsələlər, o cümlədən raket silahlanması üzrə məsul şəxs olub. SNN telekanalının çərşənbə günü yaydığı xəbərdə, Şokrla birlikdə həlak olanlar arasında iranlı hərbi müşavir Milad Beydinin də olduğu deyilirdi.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.181967