Saat:13:30
Haqqımızda

Tehran polisinin rəisi açıqlama verdi - Səfirliyə hücum edən şəxs kimdir? - VİDEO

2023-01-27 11:42:00

Tehran polisinin rəisi açıqlama verdi - Səfirliyə hücum edən şəxs kimdir? - VİDEO

Tehran polisinin rəisi Azərbaycan səfirliyinə hücum barədə ilkin məlumat verib.

Hurriyyet.az “Tasnim”ə istinadla xəbər verir ki, İran paytaxtının polis rəisi general Hüseyn Rəhimi bu gün səhər Azərbaycan səfirliyinə odlu silahla hücum edən şəxsin həbs olunduğunu açıqlayıb.

O deyib: "Bu şəxs Azərbaycan səfirliyinə odlu silahla daxil olub. O, atəş açıb. Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb".

Paytaxt polisinin rəisi əlavə edib: "Polisin sürəti müdaxiləsi ilə hücum edən şəxs dərhal həbs edilib və onun barəsində istintaq davam edir.

Həmin şəxs 2 azyaşlı övladı ilə səfirliyə daxil olmaq istəyib. İlkin istintaqda hücumçu motivin şəxsi və ailə problemləri ilə bağlı olduğunu bildirib". (yenisabah)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR