Tehran-Ər Riyad barışığından sonra İranın dəstəklədiyi husilər ağ bayraq qaldırdılar

2023-04-08 12:33:00

Tehran-Ər Riyad barışığından sonra İranın dəstəklədiyi husilər ağ bayraq qaldırdılar

Hurriyyet.az “İstiklal” nəşrinə istinadla xəbər verir ki, aprelin 6-da Çinin paytaxtı Pekin şəhərində Səudiyyə Ərəbistanı ilə İranın xarici işlər nazirlərinin görüşü ilə ölkələr arasındakı (7 illik fasilənin ardından) diplomatik münasibətlərin bərpa edilməsindən sonra Yəməndə (Səudiyyə Ərəbistanın dəstəklədiyi hökumət qüvvələri ilə savaşaraq paytaxt Səna şəhəri də daxil olmaqla, bir sıra şəhərləri ələ keçirmiş İran dəstəkli) husilər sülh çağırışı ediblər.

Yəmən hökumətin təmsilçisinin husilərlə atəşkəsi 6 ay, yaxud da 1 il müddətinə uzatmaq barəsində razılıq əldə eləməsini bəyan etməsinin ardından Husilərin Müzakirə Heyətinin başçısı və mətbuat təmsilçisi Məhəmməd Əbdüssalam “Tvitter” hesabında açıqlama verib. Açıqlamada danışıqlar vasitəsi ilə hücumların dayandırılması və mühasirənin aradan qaldırılması üçün səy göstərildiyi bildirilir. Abdussalam yazıb: “İnşaallah danışıqlar Sədadan (şimalda) Məhraya Yəmən xalqının tələblərini təmin edəcək bir sülh razılaşması ilə nəticələnər”.

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanın nümayəndə heyətinin gələn həftə sülh əldə edilməsi niyyəti ilə Səna şəhərinə səfəri gözlənilir. 

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.318597