Tehran Bakıya meydan oxudu: Təbriz Universitetində Azərbaycan əleyhinə tədbir keçirildi

2022-12-30 14:27:00

Tehran Bakıya meydan oxudu: Təbriz Universitetində Azərbaycan əleyhinə tədbir keçirildi

 

İranın dünya və regiondakı geosiyasi imkanlarına və Qafqaz regionunda baş verən son hadisələrə toxunan Kazemi iddia edib: “İngiltərə, ABŞ və bu dövlətlərlə müttəfiq olan bəzi ölkələr bölgənin geosiyasətini dəyişmək və Çin, Rusiya və İranı nəzarətdə saxlamaq və cilovlamaq üçün bölgədə Böyük Turan və ya pantürkizm və etnikçilik ideyasını gücləndirməyə can atırlar”.

“Son illərdə İran rəsmilərinin Qafqaz məsələlərinə etinasızlığı və diqqətsizliyi ucbatından Azərbaycan və Türkiyə sionist rejimin yardım və dəstəyi ilə geosiyasi sərhədləri dəyişməyə və İranın bölgədəki təsirini zəiflətməyə çalışırlar” deyə iddia edən bədnam “siyasi şərhçi” Azərbaycana qarşı eyni böhtanları təkrar edib: “Son illərdə “sionist rejimin” Qafqaz regionunda təxribatları nəticəsində anti-İran təbliğatı artıb və Türkiyə ilə sionist rejimin Ermənistanla müharibədə Azərbaycana dəstəyi də geosiyasi sərhədləri dəyişdirmək, Tehranın bölgədəki mövqeyini və təsirini zəiflətmək və rolunu azaltmaq cəhdlərinə hesablanıb”. O, habelə son illərdə “sionist rejimin” İranın bölgədəki mövqeyini parçalamaq və zəiflətmək məqsədilə Azərbaycana geniş sərmayələr qoyduğunu vurğulayaraq xatırladıb: “Bu gün Azərbaycan İsrail, İngiltərən, Amerikanın və onlara müttəfiq olan digər ölkələrin yardım və dəstəyi ilə regionda mürəkkəb geosiyasi oyuna daxil olub, buna görə də bizə düşmənlərin İran xalqına qarşı xəbis planları ilə bağlı diqqətli olmalıyıq”. Daha sonra tədbirdə Təbriz Universitetinin Qafqaz, Anadolu və Orta Asiya Araşdırmalar İnstitutunun rəhbəri pr. Əhməd Fərşbafiyan da çıxış edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161464