Tehran Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından "narahatdır"

2022-09-13 13:01:00

Tehran Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından

Tehran Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından "narahatdır". Bu barədə İran XİN bəyanat verib.
İran XİN-in sözçüsü Ermənistan və Azərbaycan arasında gərginliyin artması və sərhəddə baş verən hərbi toqquşmalardan narahatlığını ifadə edərək, tərəfləri təmkinli olmağa və iki ölkə arasında mübahisələrin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllinə çağırıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi saytı yazır ki, qurumun sözçüsü Nasir Kənani bir daha Azərbaycan-Ermənistan sərhədlərində hər hansı dəyişikliklərin baş verməsinin İran İslam Respublikası üçün "yolverilməzliyini" vurğulayıb.
İran İslam Respublikasının məsələ ilə bağlı hadisələri diqqətlə izlədiyini qeyd edən Kənani Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini diqqətə çatdırıb, rəsmi Tehranın iki qonşu ölkə arasında mübahisəli məsələlərin həlli üçün hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib.
Maraqlıdır ki, 30 il boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün işğalçı Ermənistan tərəfindən pozulmasına səssiz qalan İranın molla rejimi xüsusilə ikinci Qarabağ savaşında Azərbaycanın öz əbədi torpaqlarını azad etməsindən qəzəbini gizlətməyib, hər vəchlə işğalçı Ermənistana bu gün də hərtərəfli dəstəyini davam etdirir və İrəvanla siyasi-iqtisadi əlaqələrini genişləndirir. Və indi Azərbaycanın öz əzəli ərazisi olan Zəngəzur dəhlizini açmağa çalışdığı bir vaxtda, Tehran hökuməti nədənsə ərazi bütövlüyü məsələsi dərdinə düşüb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055569