Saat:22:29
Haqqımızda

TƏHLİL: “Niyə İran rejimi Rusiyanın Ukraynada qələbə çalmasını istəyir?”

2022-08-09 15:38:00

TƏHLİL: “Niyə İran rejimi Rusiyanın Ukraynada qələbə çalmasını istəyir?”

"World Crunch" xəbər saytı məqalələrindən birində yazıb ki, İran rejimi Qərbi özü və Rusiya üçün "müştərək düşmən" hesab etdiyinə, habelə Qərbin hər bir məğlubiyyətini öz qalibiyyəti hesab etdiyinə görə, Rusiyanın Ukraynada qələbə çalmasını istəyir.
İranın ali lideri Əli Xameneyi Rusiya prezidenti Vladimir Putinlə son görüşündə də bildirmişdi ki, Moskva "özünü müdafiə etmək" üçün Ukraynaya hücum etməklə doğru addım atıb.
O, bununla yanaşı, iddia etmişdi ki, Qərb ölkələri güclü və müstəqil Rusiyanın əleyhinədirlər və NATO, hüdudları olmayan təhlükəli bir qurumdur.
İran liderinin fikirlərini əks etdirən "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari də Putinin Tehrana səfərindən bir həftə sonra hazırladığı məqalədə Ukraynadakı müharibəyə "səmavi perspektivlik" gətirib və həmin məqalə sayəsində müharibənin "pərdəarxası"ndakı reallıqlarını görmək olar.
Şəriətmədarinin iddiasına görə, Xameneyi bilir ki, əgər Amerika bu müharibədə qələbə qazansa, İran növbəti hədəf olacaq. Buna görə də, o, Rusiyanın Ukraynadakı müqavimətini İran rejiminin təhlükəsizliyi ilə əlaqələndirir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR