Təhdid edilən Hindistan təyyarəsi Azərbaycan səmasında yolunu dəyişib
2025-03-10 12:13:25

Hurriyyet.az xəbər verir ki, "Air İndia" şirkətinin təyyarəsi bomba təhdidi ilə qarşılaşıb və geriyə qayıdaraq, uçuşdan 8 saat sonra Mumbay şəhərinə çatıb. Heyət üzvləri geriyə qayıtmaq qərarını verdikləri zaman təyyarə Azərbaycanın hava məkanında olub.
Bu barədə "Hindistan Tayms" nəşri və NDTV kanalı məlumat verib.
Mumbay-Nyu-York reysi ilə uçan "Boinq777" təyyarəsinin göyərtəsində 303 nəfər sərnişin və 19 nəfər heyət üzvü olub. Təyyarə Mumbay şəhərində yerə enəndən sonra yoxlama aparılıb və təhdidin yalan olduğu aşkar edilib.
Uçuş 11 mart tarixinə (saat 05.00) keçirilib. Sərnişinlərə mehmana, yemək və digər zəruri xidmətlər təqdim edilib.
Hürr Tərcüman
