"Təəssüf edirəm ki, dost İsrail dövləti hücumu bizim başladığımızı yazır" - Fəzail Ağamalı

2022-09-14 19:12:00

Azərbaycan- Ermənistan sərhədində atışma baş verib. İsrail xəbər agentliyi "Jerusalem Post" hücumu Azərbaycan tərəfinin başladığını iddia edir.
Hurriyyet.Az
xəbər verir ki, bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, bu iddianın heç bir əsası yoxdur:
"Bu cür şayiələr yayılır, amma heç bir əsası yoxdur. Təəssüf edirəm ki, dost İsrail dövlətinin mediası hücumu bizim başladığımızı yazır. Ümumiyyətlə, bu, İsrail dövlətinin rəsmi mövqeyi deyil. Ola bilsin ki, o da hansısa erməni lobbisinin nümayəndəsinin yazılarıdır. Çünki 44 günlük müharibədə İsrailin Azərbaycana dost münasibətinin şahidi olduq. Dünən də İsrail və Azərbaycan arasında münaibətlərlə bağlı keçirilən tədbirdə İsrail səfiri cənab Dikin çox səmimi münasbətlərimizi ifadə edən çıxışı oldu. Bir daha təkrar edirəm ki, belə yazılar ermənilərin sifarişi ilə dərc olunub. Bütövlükdə ermənilərin törətdiyi təxribatların qarşısını qəhrəman əsgər və zabitlərimiz qətiyyətlə aldılar. Ermənistan silahlı qüvvələrinə ağır zərbələr vuruldu. Bir daha Azərbaycanın gücünün şahidi oldular. Erməni mənbələrinin verdiyi məlumata görə sərhəd zonasında ermənilərin köçü başlayıb. Bunun Ermənistan cəmiyyəti üçün daha ağır nəticəsi olacaq. Ermənistan bundan sonra təxribatlara əl atsa, şübhəsiz ki, daha kəskin cavabların şahidi olacaq və nəhayət dərk edəcək ki, Azərbaycanın 5 şərti ilə razılaşmaqdan başqa şansı yoxdur.
Dünya dövlətlərinin əksərinin mövqeyi ölçüb-biçildi. Azərbaycana qarşı ittihamlar səslənmədi. ABŞ-dan gələn mesajlar heç də məsələnin mahiyətinə uyğun deyildi. Bəyanətlarında haqsızlıq var idi və bu təəssüf doğurur.
Bundan sonra Ermənistan nəticə çıxarmasa, daha ağır zərbələrin içində yer alacaq və nəhayət dərk edəcək ki, Azərbaycanın 5 şərti ilə razılaşmaqdan başqa şansı yoxdur".

Şəbnəm Lətifi


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054565