Təcili yardım maşını qəzaya uğradı: yaralılar var
2023-09-18 21:10:34

Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını VAZ-21011 markalı avtomobillə toqquşub.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya