Təcili yardım çağırışa gəlməkdən imtina etdi - "APARATIMIZ İŞLƏMİR"

2022-05-13 15:58:00

Təcili yardım çağırışa gəlməkdən imtina etdi  -

Sabunçu rayon, Yeni Ramanı qəsəbə sakini Cəsur Məmmədov redaksiyamıza müraciət edərək bildirib ki, ailə üzvlərindən birinin ürək xəstəsidir. Ailə üzvünün vəziyyəti ağırlaşdığı üçün təcili yardımla əlaqə saxlayan vətəndaşa bildirilib ki, biz həmin əraziyə baxmırıq:

"Evimizdə ürək xəstəsi var. Narahatlığı olduğu üçün 103 təcili yardım xidmətinə zəng etdik. Bildirdilər ki, biz o ərazilərə baxmırıq. Həmin əraziyə 22 saylı poliklinika baxır. 22 saylı poliklinika ilə əlaqə saxladıq. Ordan dedilər ki, kardioqram aparatımız işləmir. Bunununla bağlı Səhiyyə nazirliyinə də məlumat vermişik. Təəssüf ki, təcili yardıma ehtiyacı olan xəstəmizə yardım gəlmədi. Xahiş edirəm ki, məsələ araşdırılsın".

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya