"Təcili Yardım Avtobazası" cərimələndi
2022-07-25 22:45:00

"Təcili Yardım Avtobazası" Publik Hüquqi Şəxsinə cərimə protokolu yazılıb.
Şirkətin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İddia hakim Vüsal Qurbanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib. \\Pravda.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya