TƏCİLİ! Qırıcılar havaya qalxdı - Spikerin təyyarəsi hər an vurula bilər

2022-08-02 13:17:00

TƏCİLİ! Qırıcılar havaya qalxdı - Spikerin təyyarəsi hər an vurula bilər

Minlərlə insanın həyatına son qoyan Rusiya-Ukrayna müharibəsinin bütün şiddəti ilə davam etdiyi bir zamanda Çin-Tayvan münaqişəsində gərginlik pik həddə çatıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra Çin qırıcıları Tayvan boğazı üzərində uçuşlar həyata keçirməyə başlayıb...

Çin və Tayvan arasındakı gərginlik günü-gündən artır. Musavat.com xəbər verir ki, xarici mediada yer alan məlumatlara görə, Tayvan rəsmiləri tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mümkün səfəri ilə bağlı yeni açıqlamalar gəlib.

Tayvan hökumətinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Pelosinin Asiya səfəri çərçivəsində Tayvanı ziyarət etməsi gözlənir.

"CNN International" Pelosinin Tayvana mümkün səfəri ilə bağlı məlumatların yayılmasından sonra regionda gərginliyin artdığını yazıb.

"Financial Times"da çıxan xəbərə görə isə bölgədəki hadisələrlə bağlı məlumat verən Tayvan rəsmilərindən biri çərşənbə axşamı səhər saatlarında Çinin çox sayda döyüş təyyarəsinin Tayvan boğazı üzərində uçuşlar həyata keçirdiyini açıqlayıb.

Məlumatda bildirilir ki, Çin ordusunun bölgədəki hərbçiləri yüksək döyüş hazırlığı keçir və ordu hazır vəziyyətə gətirilib.

Hurriyyet.az xəbər verir ki, xarici mətbuatda geniş yer alan bu xəbərlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

"PELOSİNİN OLDUĞU TƏYYARƏNİ VURA BİLƏRİK"

Demokratiya və insan haqları məsələlərində Çini sərt tənqid etməsi ilə tanınan Pelosinin Tayvana mümkün səfəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Çinin hökumətyönlü "Global Times" qəzetinin keçmiş baş redaktoru Hu Xijin "Tvitter" hesabında Çin qırıcılarının Pelosinin olduğu təyyarəni vura biləcəyini yazıb.

“Qırıcı təyyarələrimiz bütün taktikaları tətbiq etməlidir. Əgər yetərli olmazsa, Pelosinin təyyarəsinin vurulmasını uyğun hesab edirəm", -jurnalist deyib.

Qeyd edək ki, Çin hökuməti Tayvanı öz ərazisinin bir hissəsi kimi dəyərləndirir və "dinc yolla birləşmə" adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürmək istəyir. Hətta digər ölkələrin Tayvanla rəsmi təması Çin tərəfindən "suverenliyin pozulması" kimi qiymətləndirilir.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060916