Saat:21:28
Haqqımızda

TƏCİLİ! İngilis admiral Putinin QORXUNC HƏDƏFİNİ açıqladı - Nəticəsi ağır olacaq...

2022-10-01 16:09:00

TƏCİLİ! İngilis admiral Putinin QORXUNC HƏDƏFİNİ açıqladı - Nəticəsi ağır olacaq...

Daim Rusiya ilə bağlı kəşfiyyat məlumatları toplayan İngiltərədən gələn iddia gərginliyi artırır...

Xəbər verdiyimiz kimi, “Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin eyni gündə üç xəttində şübhəli və təhlükəli dağıntı baş verib. Bu cür qəza görünməmiş bir hadisədir və qaz nəqli infrastrukturunun bərpasının vaxtını hələlik təxmin etmək mümkün deyil. Qaz kəmərlərində təxribatın baş verməsi ehtimalı istisna edilmir, Avropa və ABŞ Rusiyanı günahlandırır.

Ölkə.az musavat.com-a istinadən xəbər verir ki, gərginliyin pik həddə çatdığı bir vaxtda Britaniyanın yüksək rütbəli hərbçisinin Rusiyanın növbəti hücum hərəkəti barədə xəbərdarlığı diqqəti qurudakı müharibədən yayındırıb.

QORXULU XƏBƏRDARLIQ

337769

Admiral Toni Radakin Putinin kosmosda hücumlara başlaya biləcəyi ilə bağlı qorxunc xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya həm yeraltı, həm də səmadakı imkanlarından istifadə edərək bütün dünyaya təsir göstərə bilər.

“Rusiyanın nüvə potensialı var, sualtı imkanlara sahibdirlər və onların kosmosda imkanları var. Biz bunun nümunəsini keçən ilin sonunda Rusiyanın kosmosda böyük miqdarda dağıntılar yaradan obyekti partlatması zamanı gördük” - Radakin deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı müharibə, enerji sahəsinə vurduğu zərbə və diplomatik münasibətlərə göstərdiyi təsirlə yanaşı, digər imkanları var ki, bunun da ən mühüm sütunlarından biri informasiya müharibələridir.

PUTİNİN GÖZLƏRİ KOSMOSDA!

337770

Keçən ilin noyabrında Rusiya yerdən təxminən 300 mil yüksəklikdə olan peyklərindən birini vuran yerüstü raketi sınaqdan keçirib. Bundan başqa, Böyük Britaniya və ABŞ Moskvanı 2020-ci ildə kosmosa silaha bənzər raket buraxmaqda ittiham edib.

"Royal United Services Institute" beyin mərkəzinin baş direktorunun müavini, professor Malkolm Çalmers bildirib ki, Rusiya peykləri məhv edərsə, təsir bütüb dünyada hiss olunacaq:

"Rusiya həm hərbi, həm də mülki GPS sistemlərinə dünyanın hər yerində hücum edə bilər. Bu səbəbdən telefonlarımızın və avtomobillərimizin əksəriyyətində istifadə edilən peyk naviqasiya sistemlərində müəyyən fasilələr yarana bilər".

Çalmers qeyd edib ki, boru kəmərlərində baş verən təxribat kimi, peyklərin məhv edilməsi də “nə birbaşa itkilər, nə də başqa ölkənin ərazisinə hücumu” əhatə edir və buna görə də Qərbin birbaşa hərbi reaksiyasına səbəb ola bilməz.

"NATO-NUN REAKSİYASI ÇOX AĞIR OLACAQ"

337771

Admiral Toni Radakin isə bildirir ki, əgər Rusiya dünya informasiyasının 95 faizindən çoxunun yayıldığı sualtı dəniz kabellərinə və ya kosmosda kritik milli infrastruktura hücum etsə, NATO ölkələrinin reaksiyası çox sərt olacaq.

Xatırladaq ki, qismən səfərbərlik elan edən Rusiya lideri Vladimir Putin çıxışında Qərb ölkələrinin Ukraynada müharibənin sülh yolu ilə həllini istəmədiyini iddia edib: “Əgər ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün imkanlardan istifadə edəcək. Qərbə deyirəm, bizim istifadə edəcəyimiz çoxlu silahlarımız var. Bu, blef deyil”.

Bu açıqlaması ilə Putin nüvə silahından istifadəyə diqqət çəkib.

Lakin Radakin Rusiyanın nüvə müharibəsi istəmədiyini bildirir:

"Rusiya NATO ilə müharibə istəmir. Çünki bu, Moskva üçün daha böyük problemlər yaradır".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR