TƏCİLİ! Gərginlik artır - ABŞ və Tayvandan sonra BU ÖLKƏ HƏDƏFƏ ALINDI

2022-08-04 16:26:00

TƏCİLİ! Gərginlik artır - ABŞ və Tayvandan sonra BU ÖLKƏ HƏDƏFƏ ALINDI

ABŞ-dan sonra daha bir ölkənin rəsmilərinin Tayvana yüksək səviyyəli səfər edəcəyi ilə bağlı iddialar Çinin qəzəbinə səbəb olub. Pekin administrasiyası tərəfindən edilən sərt xəbərdarlıqların ardı-arası kəsilmir

“Vahid Çin” siyasəti çərçivəsində Tayvanı öz ərazisinin bir hissəsi hesab edən Çinin ABŞ və Tayvanla yaşadığı gərginlik davam edir. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ABŞ-a səfəri nəticəsində bölgədəki gərginlik daha da artıb.

Hurriyyet.az xarici mediaya istinadən xəbər verir ki, qəzəbi səngiməyən Çin Fujian adası ətrafında genişmiqyaslı hərbi təlimlərə start verib. 

ÇİN İNDİ DƏ BU ÖLKƏNİ HƏDƏFƏ ALDI

ABŞ və Tayvana sərt mesajlar verən Çin indi də başqa ölkəni hədəfə alıb.

Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatası regionda gərginliyin artmasına baxmayaraq, Xarici Əlaqələr Komitəsi üzvlərinin noyabr və ya dekabr aylarında Tayvana səfər edəcəyi ilə bağlı iddialar səsləndirib.

Bundan sonra Çinin Böyük Britaniyadakı səfiri Zheng Zeguang mətbuat konfransı keçirərək bildirib ki, əgər britaniyalı deputatlar Nensi Pelosinin yolunu getsələr, Tayvana səfər etsələr, ağır nəticələrlə üzləşəcəklər. Zeguang ingilis siyasətçilərin Tayvan məsələsinin həssaslığını nəzərə almalarının vacibliyini vurğulayıb və Britaniyaya "ABŞ-ın çaldığı havaya oynamayın" deyə xəbərdarlıq edib.

Britaniya mətbuatında yer alan iddialara görə, Mühafizəkarlar Partiyasının deputatı Tom Tugendhatın rəhbərlik edəcəyi səfərin dəqiq tarixi və digər detallar gizli saxlanılır.

Rişi Sunak və Liz Trass

İngiltərədə baş nazir postu uğrunda mübarizə aparan Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trassın açıqlamalarında da əsas mövzulardan biri Çin-Tayvan məsələsi olub. Liz Trass Qərb ölkələrini Tayvanı silahla təmin etməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien Rişi Sunak və Liz Trassı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb.

TƏHLÜKƏSİZLİK PROBLEMİ - HESABLAR BAĞLANDI

Britaniya parlamentinin Çinin texnologiya şirkəti olan "ByteDance"ə məxsus "TikTok" sosial şəbəkəsində rəsmi hesab açması son vaxtlar ölkədə böyük müzakirələrə səbəb olub. Millət vəkilləri "TikTok"un istifadəçi məlumatlarını Çinlə paylaşdığını iddia edərək hesabların dərhal bağlanmasını tələb ediblər.

Bu gün Böyük Britaniya Parlamentinin "TikTok" hesabı təhlükəsizlik səbəbindən bağlanıb. 

Platformanın sahibi olan şirkət tərəfindən verilən açıqlamada isə məxfi məlumatların Çin, ABŞ və ya başqa bir ölkə ilə paylaşılmadığı bildirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000101