TƏCİLİ! Ermənistanın hərbi itkiləri AÇIQLANDI

2022-09-17 17:23:00

TƏCİLİ! Ermənistanın hərbi itkiləri AÇIQLANDI

Media Təhlil Mərkəzi sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı Ermənistan tərəfindən məhv edilən hərbi texnikanın sayını açıqlayıb.

Mərkəzdən bildirilib ki, Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası, 3 KAMAZ, 1 URAL, 1UAZ, 3 mühəndis texnikası, 1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500 ədəd döyüş sursatı və həmçinin müyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib.

Məlumatda qeyd olunub ki, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb. Qeyd olunub ki, toqquşmalar zamanı 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb. Məlumatda bildirilib ki, Ermənistan tərəfi 450 nəfərədək canlı qüvvə itirib.

6325c678178876325c6781788816634200246325c678178856325c67817886.jpg (180 KB)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.071664