TƏCİLİ!!! Erməni nazir müavinindən əsir hərbçilərimiz haqda mühüm açıqlama
2023-05-16 14:23:00

“Azərbaycanlı hərbçilərin qaytarılması haqqında danışmaz tezdir. Bununla bağlı razılaşma əldə edilib, sadəcə, detalları paylaşa bilmərəm”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan yerli mətbuata açıqlamasında deyib.
“Şarl Mişel erməni əsirlərin qaytarılacağını bəyan edəcəyi zaman bu istiqamətdə hərəkətə keçmək mümkün olar”, – o bildirib.
M.Səfəryan mayın 19-da Moskvada iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə görüşün keçiriləcəyini xatırladıb və Rusiya XİN rəhbəri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında təkbətək görüşün keçirilib-keçirilməyəcəyinin məlum olmadığını qeyd edib.
Globalinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya