Saat:07:32
Haqqımızda

TƏCİLİ! Bu ölkə "qiyamət ssenarisi"nə hazırlaşır - 33 milyon insan...

2022-08-11 14:33:00

TƏCİLİ! Bu ölkə

Rusiya-Ukrayna müharibəsindən sonra enerji böhranı səbəbindən elektrik enerjisinin planlı kəsilməsinə hazırlaşan İngiltərə indi də quraqlıq və resursların azalması səbəbindən sudan istifadəni məhdudlaşdırmaq qərarına gəlib. Britaniya hökuməti bu qışa sanki “qiyamət ssenarisi”nə hazırlaşırmış kimi hazırlaşır. Fövqəladə hallar planı çərçivəsində enerjinin normalaşdırılması, qatar stansiyalarının və hökumət binalarının bağlanması gündəmdədir. Qida sənayesi isə...

Dünyanın ən güclü iqtisadiyyatlarından birinə sahib olan İngiltərə bir-birinin ardınca yaşanan böhranlardan sonra qış krizisinə hazırlaşır.

Hurriyyet.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra başlayan enerji böhranı səbəbindən elektrik və qazdan istifadə ilə bağlı vacib tədbirlər görməli olan ölkə indi də isti dalğasının yaratdığı quraqlıq və azalan resurslar səbəbindən təşvişə düşüb.

İngiltərənin ən böyük su şirkəti olan və təxminən 15 milyon insanı su ilə təmin edən "Thames Water" paytaxt London və ətrafdakı ərazilərdə sudan istifadəni məhdudlaşdıracağını açıqlayıb. Oktyabr ayına qədər davam etməsi gözlənən məhdudiyyətlərə əsasən, bağçılıq və hovuzların doldurulması kimi işlərdə həddindən artıq su istifadəsinin qadağan ediləcəyi gözlənir.

Britaniyanın "Dailymail" qəzeti yazır ki, "Thames Water"dan sonra "Yorkshire", "Severn Trent" və "South West" kimi digər şirkətlər də oxşar məhdudiyyətlərə hazırlaşır. Əgər bu şirkətlər də sudan istifadəni məhdudlaşdırsalar, İngiltərədəki qadağa 33 milyon insana təsir edəcək.

Artıq konkret addımların atıldığı İngiltərədə əsas krizisin qış aylarında yaşanacağı gözlənir. Rusiya Avropaya qaz nəqlini kəsdikdən sonra yaşanan böhran səbəbindən bu qış ölkədə elektrik enerjisinin planlı şəkildə kəsiləcəyi artıq dəqiqləşib və hökumət sanki qiyamətə hazırlaşırmış kimi sərt qışa hazırlaşır.

Biznes, Enerji və Sənaye Strategiyası Departamenti enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib, enerjinin fövqəladə hallar planı çərçivəsində paylana biləcəyini bildirib.

Plana görə, qış aylarında kitabxanalar, qatar stansiyaları və hökumət binaları bağlana bilər.

Hökumət rəsmiləri qida və içki sənayesindən elektrik kəsilməsi zamanı rəflərin boşalmasının qarşısını almaq üçün planlar hazırlamağı xahiş ediblər.

Kömür zavodlarının yenidən işə salınması və İngiltərənin Rough şəhərindəki ən böyük qaz anbarının bərpası da daxil olmaqla görülən bütün tədbirlərə baxmayaraq, yaxın gələcəkdə Böyük Britaniyanın AB ölkələri və Norveçdən idxaldan asılı vəziyyətə düşəcəyi gözlənir.

Bütün bunlarla yanaşı, İngiltərədə bu il havanın temperaturunun rekord həddə yüksəlməsi quraqlığa səbəb olub, əhaliyə hava ilə bağlı xəbərdarlıq edilib.

Meteorologiya Xidməti avqustda havanın temperaturunun iyul ayında qeydə alınan rekord səviyyədən aşağı olacağını, lakin istilik dalğasının daha uzun müddət təsir göstərəcəyini açıqlayıb.

Rəsmi məlumata görə, Britaniya bu il 1935-ci ildən bəri ən isti iyul ayı keçirib. İyulun 19-da ölkədə havanın temperaturu ilk dəfə olaraq 40 dərəcədən yuxarı qalxıb.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR