Saat:20:02
Haqqımızda

TƏCİLİ: Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğradı - ANBAAN VİDEO

2024-12-25 11:29:05

TƏCİLİ: Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğradı - ANBAAN VİDEO

Qroznıdakı duman səbəbindən Bakıdan gələn təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönəldilib.

Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan paytaxtının hava limanının Mətbuat Xidməti xəbər verib.

Aktauda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən görüntülər yayılıb.

İlkin məlumata görə, sağ qalanlar var.

***

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Bununla bağlı AZAL-dan məlumat verilib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Orda" nəşri xəbər yayıb.

Bildirilir ki, təyyarə "Azərbaycan Hava Yolları"na məxsus olub. Təyyarənin Bakıdan Qroznıya uçduğu vurğulanır.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.356614