TƏCİLİ! Almaniya rəsmən hərəkətə keçdi - Etiraf kimi AÇIQLAMA

2022-11-21 15:52:00

TƏCİLİ! Almaniya rəsmən hərəkətə keçdi - Etiraf kimi AÇIQLAMA

Rusiyanın Xersonu itirməsinə cavabı kifayət qədər ağır olub və Ukraynaya etdiyi genişmiqyaslı və intensiv raket hücumundan sonra bir neçə mərmi Polşa ərazisinə düşüb. 2 nəfərin həlak olduğu hadisənin fonunda Almaniyadan etiraf kimi açıqlama gəlib.

Hurriyyet.az-ın xəbərinə görə, Almaniyanın müdafiə naziri Kristin Lemberlext ölkə mətbuatına bildirib ki, bu hadisə Avropanın hava məkanının müdafiə sahəsindəki ciddi çatışmazlıqları və zəifliyi ortaya çıxarıb.

Almaniyanın bu hadisə ilə bağlı sürətlə hərəkətə keçdiyini deyən nazir atılan addımları da açıqlayıb.

"Biz Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün Eurofighters və Patriot hava hücumundan müdafiə sistemlərimizlə ona dəstək verdik" - Lemberlext deyib.

Digər tərəfdən, Ukrayna prezidenti Zelenski xalqa müraciətində Rusiyanın bazar günü Luqansk vilayətində 400-ə yaxın bombardman həyata keçirdiyini açıqlayıb.

Ən şiddətli qarşıdurmaların Donetsk və Luqansk bölgələrində olduğunu bildirən Zelenski deyib:

“Birinci məsələ cəbhədir. Əvvəllər olduğu kimi, indi də ən şiddətli toqquşmalar Donetsk vilayətindədir. Bu gün pis hava şəraiti səbəbindən bombardman daha az olsa da, ümumilikdə Rusiyanın hücumlarının sayı, təəssüf ki, həddindən artıq çoxdur. Biz Luqansk vilayətində yavaş-yavaş irəliləyirik".

Ölkədəki enerji problemlərindən danışan Ukrayna lideri bildirib ki, bütün əməliyyatlar plana uyğun gedir.

"Şəbəkələrin və texniki təchizat vasitələrinin bərpası, elektrik xətlərinin minalardan təmizlənməsi, təmir - hər şey plan üzrə gedir", - o bildirib.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.241166