Saat:22:45
Haqqımızda

Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali-Haşim: "Rusiya İranın bir çox ehtiyaclarının təmin olunmasında əhəmiyyətli rol oynayır"

2022-01-21 15:57:00

Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali-Haşim:

Seyid Əli Xaməneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi və Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali-Haşim yanvarın 21-də cümə namazı çıxışı zamanı Rusiyanın İran üçün əhəmiyyətindən danışıb. "Hurriyyet" bu barədə "Gunaz.tv"yə istinadla bildirir. 
“İran və Rusiya arasında ortaq enerji və hərbi maraqlarının mövcudluğu xüsusi əhəmiyyət kəsb edir, Rusiya sənayeləşmiş ölkələrdən biridir və bizim bir çox ehtiyaclarımızı ödəyə bilər. Ümid edirik ki, bu səfər İranın dəyər və uğurunu artıracaq"-deyə, cümə imamı İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfərinin əhəmiyyətindən danışıb. 
Görüntülərin və beynəlxalq mediada yayılan məlumatların əksinə olaraq Ali-Haşım İran prezidentinin Rusiya parlamentində yaxşı qarşılandığını və  “İranın bölgədəki gücünün Rusiyanı İranla münasibətlər qurmağa məcbur etdiyini” iddia edib.
Təbrizin cümə imamı çıxışının davamında qonşu ölkələrin əleyhinə danışmaq ənənəsinə sadiq qalaraq Ərəbistanın bölgədə böhran yaratmağa çalışdığı, İraqda baş verən hadisələrin və siyası qarışıqlığın Ərəbistanın işi olduğu barədə bəyanatlar səsləndirib.

Ülviyyə, Hurriyyet.az
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR