TƏBRİZİM - Şeir

2023-05-11 21:12:00

TƏBRİZİM - Şeir

Ayrılalı uzun zaman,
Mənə məndən yaxın olan,
Qəmli-qəmli hey boylanan,
Mənim görən gözüm Təbriz.

Kəsib, baltayla böldülər,
Tikə edib pay verdilər,
Araz adlı çay tökdülər
Aramıza bizim Təbriz.

İsmayılın taxtın qurdun,
Alimlərə qucaq yurdun,
Tariximə bəzək vurdun,
Hər daşınla, izim Təbriz.

Qır zənciri yanıma gəl,
Uzaq düşən yarına gəl,
Urəyimə, canıma gəl,
Qalmayıbdır qanım, Təbriz.

ŞAMİL

09.05.2023


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.199703