Saat:09:39
Haqqımızda

Təbrizdə etirazlar zamanı tutulan fəallara dəstək afişaları yayılıb – Foto

2021-07-30 11:26:00

Təbrizdə etirazlar zamanı tutulan fəallara dəstək afişaları yayılıb – Foto

Azərbaycanın bütün milli-mədəni fəalları Azərbaycan Milli Hərəkatının qırmızı çizgisidir” yazısı ilə məhbuslara qarşı ədalətsiz münasibətinə görə İran hökumətinə xəbərdarlıq edilib.

"Azad İran" Telegram kanalı xəbər verir ki, Təbriz şəhərində 24 iyul (2 mordad) etirazlarında həbs olunan fəallara dəstək məqsədilə afişalar (poster) və yazılı vərəqələr yayılıb.

İyulun 29-u gecə saatlarında şəhərin müxtəlif bölgələrində paylanılan və divarlara yapışdırılan afişalarda simvolik olaraq saxlanılan fəallardan dördünün şəkilləri yer alıb. Afişalarda Güney Azərbaycanın bütün sahələrdə hüquqlarının tapdalanmasına toxunulub və azərbaycanlıların öz müqəddəratını təyinetmədən başqa yolunun qalmadığı vurğulanıb.

Afişalarda yazılıb:

“Azərbaycan son 100 ildə mərkəzçi hakimiyyətlər tərəfindən faşistcəsinə talanıb. Onun kimliyi, dili və mədəniyyəti danılıb, təhrif və təhqir olunub. Yeraltı və yerüstü milli sərvətləri yağmalanıb, bölgəmiz inkişaf və tərəqqidən məhrum edilib. Azərbaycanın ayıq xalqı çoxdandır ki, öz yolunu mərkəzdə oturanlardan ayırıb və öz müqəddəratını təyinetmə yolunda irəliləyir. Son günlər İran hökuməti çox sayda milli-mədəni fəalı qanunsuz və heç bir məhkəmə qərarı olmadan həbs edib. Azərbaycanın bütün milli və mədəni fəalları Azərbaycan Milli Hərəkatının qırmızı çizgisi sayılır. Hazırkı durumun davam edəcəyi halda, Azərbaycan şəhərlərinin bütün divarları millətin azad tribunasına çevriləcək”.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR