Təbrizdə ermənişünaslıq kafedrası açılacaq – İki qədim Azərbaycan şəhərinin universitetləri arasında razılaşma: ermənilər Atropatena Araşdırma Mərkəzi yaratmağa hazırlaşırlar!

2022-09-06 14:51:00

Təbrizdə ermənişünaslıq kafedrası açılacaq – İki qədim Azərbaycan şəhərinin universitetləri arasında razılaşma: ermənilər Atropatena Araşdırma Mərkəzi yaratmağa hazırlaşırlar!

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Arm.İnfo” saytı verib. Erməni mətbuatının yazdığına görə, İrəvan Dövlət Universiteti ilə Təbriz Dövlət Universiteti arasında İranda ermənişünaslıq kafedrası açılması ilə bağlı ilkin razılaşma əldə edilib. İrəvan Dövlət Universitetinin rektoru Ovanes Ovannisyan Təbriz Dövlət Universitetinin rektoru Səfər Nəsrullazadə ilə görüşdən sonra bu barədə açıqlama verib.

Eyni zamanda İRƏVAN DÖVLƏT UNİVERSİTETİ iranşünaslıq kafedrasında ATROPATENA (!) ARAŞDIRMA MƏRKƏZİ YARATMAĞA HAZIR OLDUĞUNU BİLDİRİB. Erməni mətbuatı Atropatenanın müasir İranın şimal-qərb ərazilərində yerləşən qədim dövlət və tarixi vilayət olduğunu qeyd etsə də, tarixi Azərbaycan dövləti olduğunu yazmayıb.

Ermənilər bu mərkəzin regional araşdırmalar üçün mühüm meydan olacağını bəyan edirlər.

Ovannisyan deyib: “Biz İranın ali məktəbləri ilə münasibətlərin inkişafına əhəmiyyət veririk – həm də təkcə təhsil və elm sahələrində yox, həm də ikitərəfli münasibətlərin dərinləşməsi və möhkəmləndirilməsi kontekstində”. İrəvan Dövlət niversitetinin rektoru onu da qeyd edib ki, Təbriz Dövlət Universitetinin başçısı ilə görüş zamanı tələbə və mütəxəssis mübadiləsi proqramlarının reallaşdırılması, birgə araşdırma layihələrinin, müxtəlif akademik və mədəni təşəbbüslərin həyata keçirilməsi barəsində razılaşma əldə edilib.

Bəlli olduğu kimi, Atropatena (Adurbadaqan, Atropat Midiyası) tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim dövlətdir. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İranın bir hissəsini əhatə edirdi. Ermənilərin tarixi saxtalaşdırmaqda, xüsusilə də Azərbaycana məxsus olan əraziləri, maddi və mədəni irsi öz adlarına çıxmaqda necə peşəkar olduqlarını nəzərə alsaq, İranla bu əməkdaşlıq layihəsində Ermənistanın nəyi hədəfə aldığını anlamaq çətin olmaz.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064142