TƏBRİZDƏ AZƏRBAYCANA DƏSTƏK MİTİNQİ KEÇİRİLDİ - VİDEO

2022-09-17 12:40:00

TƏBRİZDƏ AZƏRBAYCANA DƏSTƏK MİTİNQİ KEÇİRİLDİ - VİDEO

Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə Ermənistannın Azərbaycana qarşı hərbi təxribatı, İran hökumətinin Ermənistanı dəstəkləməsinə qarşı kütləvi aksiya keçirilib.

Hurriyyet.az xəbər verir ki, aksiyaçılar düşmənin başını əzən Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər.

Həmçinin, İran rəhbərlərinin son günlər Ermənistanı açıq dəstəkləməsi, Azərbaycana qarşı savaşan, Azərbaycan həbrçilərini şəhid edən Ermənistanı PUA-larla təchiz etməsinə qarşı çıxışlar olub. 

Aksiyaçılar etirazlarını bu şüarla səsləndiriblər: "Erməni cinayət eləyir, İran himayət eləyir", "Yaşasın Azərbaycan".

Aksiyadan çəkilmiş videonu təqdim edirik:

Turkustan.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061102