Saat:15:29
Haqqımızda

Təbrizdə 24 iyul etirazlarında tutulanların sayı artıb

2021-07-30 11:34:00

Təbrizdə 24 iyul etirazlarında tutulanların sayı artıb

"Azad İran” Telegram kanalının verdiyi məlumata görə, Azərbaycanlı milli və mədəni fəalları Rza Şəhrivər və Məhəmməd Kazeminin iyulun 25-də əmniyət gücləri tərəfindən evlərində tutulduqları bildirilir.

Azərbaycanlı fəalların harada olduğu və həbs qərarı ilə bağlı dəqiq bilgi hələ yoxdur.

Əhvaz ərəblərinin tələblərinə dəstək olaraq və Azərbaycan xalqına qarşı sistematik ayrı-seçkiliyə qarşı Təbrizdə keçirilən etirazlarıla eyni vaxtda, Azərbaycanın müxtəlif şəhərlərində sərt əmniyət tədbirləri görülüb və bir sıra şəhərlərdə çoxsaylı həbslər olub.

Təkcə Təbrizdə 150-dən çox tutulan olub və yalnız bu tutulanların adları bəlli olub: Ulduz Qasemi, Məhəmməd Mahmudi, Siamək Kuşi, Kərim İsmayılzadə, Pərviz Siabi Qorcani, Nader Sadeqian, Yusif Sələhşuur, Məhəmməd Mərdi, Davud Rəhimi, Şahin Bərzegər, Əmir Səttari, Vahid Əbhəri , Müctaba Əbdüli və Şəhruz Bərzegər, Saleh İkrami və Babək Rzayi Təbriz, Ərdəbil və Tehranda tutulublar.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR