Təbriz zindanında Azərbaycan bayrağı üstündə dava düşdü: Mili fəal yaralandı - FOTO

2022-11-17 14:57:00

Təbriz zindanında Azərbaycan bayrağı üstündə dava düşdü: Mili fəal yaralandı - FOTO

Təbriz həbsxanasında saxlanılan tanınmış idmançı və milli fəal Kərim İsmayılzadəyə hücum olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yerləşdirilib.

Mənbə yazır ki, milli fəala basqı etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər.

Noyabrın 16-da zindanda üç məhbus Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum ediblər. Məcburi davaya cəlb olunan milli fəalın hücum edənlərdən ikisinə müqavimət göstərdiyi, üçüncü hücumçunun isə qaçdığı bildirilir.

Bundan sonra xüsusi təyinatlı dəstə bölməyə girib, yaralanan Kərim İsmayılzadə zindanın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb.

Qeyd edək ki, milli fəala qarşı irəli sürülən  ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır. 

Hadisənin zindan rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi bildirilir.

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.122342