Təbriz qarışdı, "Traktor"un oyunu yarımçıq qaldı
2022-05-19 23:08:00
Təbriz qarışdı, "Traktor"un oyunu yarımçıq qaldı
Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib.
Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Ancaq "Persepolis"lə Təbrizdəki prinsipial matç yarımçıq qalıb. Buna ikinci hissənin əvvəlində tribunada yaşanan iğtişaş səbəb olub. İlk yarısı qolsuz başa çatan matçın 55-ci dəqiqədə futbolçular arasında qarşıdurma olub. Hakim hər iki komandanın bir üzvünü meydandan qovub. Ancaq tribunada yaşananlardan sonra ədalət təmsilçisi qarşılaşmanı yarımçıq saxlamalı olub.
Beləliklə, oyun təxirə salınıb.
Qeyd edək ki, "Traktor" 27 turdan sonra 25 xalla 13-cü yerdədir. \\Fanat.Az