Saat:07:28
Haqqımızda

TƏBİB-in üç müsabiqəsi ləğv edildi

2024-11-28 16:18:20

TƏBİB-in üç müsabiqəsi ləğv edildi

TƏBİB-in balansında olan üç xəstəxanaının keçirdiyi katirovka sorğusu və bir tenderin nəticələri ləğv edilib. 

Hurriyyet.az xəbər verir ki, ləğvetməyə səbəb tenderin şərtlərinin pozulması və qanunun bəzi tələblərinin yerinə yetirilməməsidir.
Bildirək ki, Bərdə Mərkəzi Xəstəxanası generator , hava kompressoru və vakkum nasoslarının servis xidməti və yağ dəyişmə xidmətinin satıhalınmasını reallaşdırmağa çalışıb. 5.153,06 manatlıq katirovka sorğusuna müsbət cavab verilməyib.
6.381,50 manata nəqliyyat vasitələrin ehtiyyat hissələrin və sürtkü materialların satınalınmasını reallaşdırmaq istəyən Ağcabədi Mərkəzi Xəstəxanası da analoji vəziyyətlə üzləşib.
Xəstəxana rəhbərliyinə bildirilib ki, onlar qanunun 36.1.1-ci maddəsini pozublar. Yəni, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması prosesin başa çatmasına imkan verməyib.
Cəlilabad Mərkəzi Xəstəxanası isə müxtəlif növ avadanlıqların təmiri xidmətini 65.703,58 manata almaq istəyib. Lakin tenderin nəticələri AİİBNX tərəfindən ləğv edilib. Burada da qanunun tələbinin pozulması halı qeydə alınıb./Tribunainfo.az /

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.293447