Teatr direktorundan ETİRAZ: “Adımız kiminsə göstərişi ilə siyahıdan çıxarılıb”

2022-05-13 16:15:00

Teatr direktorundan ETİRAZ: “Adımız kiminsə göstərişi ilə siyahıdan çıxarılıb”

Bakı Uşaq və Gənclər Teatrının təsisçisi və rəhbəri İntiqam Soltan teatrın 20 illik yubileyi ərəfəsində haqsızlıqla qarşı-qarşıya qaldıqlarını iddia edib.

İntiqam Soltan Yenicag.az-a açıqlamasında teatrın adının siyahıdan çıxarıldığını bildirib.

O, üzləşdikləri xoşagəlməz sürprizə aydınlıq gətirilməsini istəyib:

“Teatrın adı prezident mükafatçılarına aid olan siyahıdan çıxrarılıb. Bu hadisə teatrın yubileyi ərəfəsində baş verib. Halbuki siyahıda adı olan tək bircə sənətçimizə veriləcək bu mükafat teatrın 20 yaşına yeganə qayğı kimi dəyərləndiriləcəkdi. Biz sadəcə bu münasibətin səbəbini bilmək istəyirik. Məntiqli izahını istəyirik, vəssalam”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya