TDT ölkələri arasında COP29 çərçivəsində birgə bəyannamə imzalanıb
2024-11-14 11:07:07
TDT ölkələrinin Ekologiya Nazirliyinin rəhbərləri COP29 çərçivəsində birgə bəyannamə imzalayıblar.
Belə ki, Bakıda COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ətraf mühit və ekologiya nazirlərinin ilk iclası keçirilib. Ekoloji problemlərin birgə həlli yolları müzakirə edilib, regional və qlobal ekoloji problemlərin həllinə birgə yanaşmanın vacibliyi vurğulanıb.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan nazirlərinin iştirakı ilə keçirilən iclasın yekunları üzrə Birgə “Nazir Bəyannaməsi” imzalanıb.
Ülviyyə, Hurriyyet.az