“TBİLİSİNİ VURARIQ...” - Simonyan indi də gürcüləri hədələyir

“2008-ci ilin avqustu təkrarlansa, heç kim Gürcüstanın nazı ilə oynamayacaq və heç oraya ordu da göndərməyəcək. Sadəcə, dərhal Tbilisiyə zərbə endiriləcək...”
Hurriyyet.az xəbər verir ki, bunu Kreml təbliğatının ən iyrənc simalarından olan Marqarita Simonyan öz “telegram” kanalında Gürcüstan paytaxtında martın 7-dən etibarən başlayan etiraz aksiyalarına dair paylaşımında bildirib.
Gürcüstan vətəndaşlarının Rusiyaya və Rusiyada populyar olan “xarici agent” qanununa qarşı çıxması, eləcə də işğal olunmuş ərazilərin azad olunmasını tələb etməsi Simonyanı bərk qəzəbləndirib.
Təbliğatçı “xanım” gürcülərə açıq nifrətini gizlətməyərək, onları təhdid edib və yazıb ki, “ruslar heç vaxt gürcüləri özləri ilə eyni xalq hesab etməyiblər”.
Ona görə də rus ordusu “hissə qapılmadan” Tbilisini asanlıqla bombalayacaq.
Azpolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya