Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 63 nəfər saxlanılıb - VİDEO+FOTOLAR
2024-05-01 13:25:39
Ötən gün Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyaları zamanı 63 nəfər "xuliqanlıq və polisin qanuni tələbinə məhəl qoymama" səbəbilə saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan DİN-in nümayəndəsi Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.
O, daha 6 polis əməkdaşının qarşıdurma zamanı yaralandığını açıqlayıb.