Tbilisidə etirazçılar onlarla polisi yaraladılar, həbs edilənlər var
Hurriyyet.az xəbər verir ki, Tbilisidə, parlament binasının qarşısında keçirilən mitinqlər zamanı Daxili İşlər Nazirliyinin 32 nəfər əməkdaşı yaralanıb. Onlardan bəziləri ciddi zədə alıblar, bir qisminin başı və gözləri ağır zədələnib. Etirazçıların qovulması zamanı 43 nəfər nümayişçi saxlanılıb.
Nümayişçilər təkərləri, zibil qutularını yandırıblar, barrikadalar qurublar. Səhərə yaxın toqquşmalar dayandırılıb.
KOBAXİDZE XARİCİ QRANTLARDAN İMTİNA ETDİ, Aİ ÜZVLÜYÜ PLANINI TƏXİRƏ SALDI
Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də bildirib ki, hakim "Gürcü arzusu" partiyası Avropa İttifaqına daxil olma prosesini 2028-ci ilə qədər təxirə salmağı qərara alıb. Bundan başqa o, hökumətin Avropanın büdcə qrantlarından imtina etdiyini vurğulayıb, qeyd edib ki, Gürcüstan Aİ-yə 2030-cu ildə, "öz şərtləri ilə və ləyaqətlə" daxil olmağı planlaşdırır.
Hürr Tərcüman