Saat:08:19
Haqqımızda

Tbilisi Parisi zorakılığı dəstəkləməkdə ittiham edib

2024-05-03 14:47:48

Tbilisi Parisi zorakılığı dəstəkləməkdə ittiham edib

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Fransanı Tbilisidə baş verən zorakılıq aktlarını dəstəkləməkdə ittiham edib.
Parisin Tbilsidəki nümayişçilərə qarşı qeyri-bərabər qüvvə tətbiqi ilə bağlı narazılığını bildirməsinə cavab olaraq, Gürcüstan XİN-in bəyanatında deyilir: "Siyasi müxalifətlə əlbir olan və xaricdən maliyyələşən radikal qruplar hökumət binalarına və hüquq-mühafizə orqanları idarələrinə qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, insan hüquqlarının ən yüksək standartlarına uyğun hərəkət ediblər”.
Gürcüstan XİN Fransa Xarici İşlər Nazirliyini "Gürcüstandakı hadisələri daha diqqətlə izləməyə və obyektiv nəticələr çıxarmağa" dəvət edib.
Gürcüstan XİN-in açıqlamasında deyilir: "Xatırladırıq ki, Gürcüstan hökuməti hətta Parisin hüquq-mühafizə orqanlarının əməkdaşlarının etirazçılara qarşı sərt, universal insan hüquqları standartlarına qətiyyən uyğun gəlməyən metodlarla davrandıqları zaman Fransanın ünvanına tənqidi bəyanat verməmişdi".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.191022