Tbilisi Bakı və İrəvan arasında vasitəçi olmağa hazırdır - BMT tribunasından açıqlama

2022-09-23 08:39:00

Tbilisi Bakı və İrəvan arasında vasitəçi olmağa hazırdır  - BMT tribunasından açıqlama

Hurriyyet.az xəbər verir ki, sentyabrın 22-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin Baş Assambleyasının tribunasından çıxış edərkən Gürcüstanın Ermənistanla Azərbaycanın münasibətlərini normallaşdırmağa səy göstərmək niyyətində olduğunu bildirib.

Qaribaşvili deyib: “Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşularımız arasında münasibətlərin yoluna şdüməsi üçün əlimizdən gələni etməyə hazırıq. Artıq bizim bu sahədə uğurumuz  olub – Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin qarşılığında 15 erməni hərbi əsiri təhlükəsiz şəkildə ölkəsinə qaytarılıb.

Qaribaşvili iyul ayında Gürcüstanda ilk dəfə iki ölkənin XİN rəhbərlərinin “məhsuldar müzakirələrinin” keçirildiyini də söyləyib.

Gürcüstanın Baş naziri deyib: “Biz regionumuz üçün çox mühüm olan sülh və sabitlik üçün dialoqun mərkəzi olmağa hazırıq. Gürcüstan bu məqsədlə qonşuluqda sülh təşəbbüsü ilə çıxış edir – hədəf Cənubi Qafqazın üç ölkəsinin hamısının bu təşəbbüsdə iştirak etməsidir. Bu təşəbbüs əməkdaşlığın hər hansı bir digər formatlarına zidd deyil və onları əvəz etmir”.

Qaribaşvili deyib: “Gürcüstan regional münasibətlərin normallaşmasına kömək edəcək dürüst vasitəçi olacağına ümid edir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061621