Saat:21:43
Haqqımızda

Tayvanla İlon Mask arasında qalmaqal

2023-09-14 13:34:19

Tayvanla İlon Mask arasında qalmaqal

“Tayvan satılmır!"

Hurriyyet.az “Röyters” agentliyinə istinadla xəbər verir ki, Tayvanın Xarici İşlər naziri Cozef Vu adanın Çin ərazisi olduğunu yazmış amerikalı biznesmen, “İks” şəbəkəsinin sahibi İlon Maskı kəskin tənqid edib.

Vu deyib: “Qulaq asın, Tayvan ÇXR-in bir hissəsi deyil və satılmadığı dəqiqdir!”

Vu Maska məsləhət görüb ki, Çindən “İks” (X – keçmiş “Tvitter”) şəbəkəsinin ölkə ərazisində əngəllənməsini xahiş etsin. Qeyd edək ki, Çin senzurası Qərbdə populyar olan şəbəkələri əngəlləyib.

Tayvanın XİN rəhbəri əlavə edib: “Bəlkə də, o nəyinsə qadağan edilməsinin yaxşı siyasət olduğunu fikirləşir. Məsələn, Ukraynanın Rusiyaya hücumunun qarşısını almaq üçün “Starlink”i söndürmək olar”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.191864