Saat:07:14
Haqqımızda

Tayvanda 7,7 bal gücündə zəlzələ: ölənlərin sayı artdı

2024-04-03 20:07:44

Tayvanda 7,7 bal gücündə zəlzələ: ölənlərin sayı artdı

Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə “Röyters“ məlumat yayıb.

Hadisə nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər isə yaralanıb.

Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

Bunun son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olduğu vurğulanıb.

Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.

Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha 4 zəlzələ qeydə alınıb.

Okinava adasının Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok baş verib.

İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra NHK telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.

Yapon meteoroloqlar daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.

***

Tayvanın şərq sahillərində baş verən zəlzələ nəticəsində 700-dən çox insan xəsarət alıb.

Bu barədə "Röyters" ölkə hökumətinə istinadən məlumat yayıb.

***

Tayvanın şərq sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə Tayvan mediası məlumat yayıb.

Yeraltı təkanlar zamanı 736 nəfərin yaralandığı bildirilib.

***

Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb.

Bu barədə TASS məlumat yayıb.

Xəsarət alanların sayı isə 934 nəfər olub.

***

Zəlzələ nəticəsində xəsarət alanların sayı 963-ə yüksəlib.

Bu barədə Tayvan zəlzələnin nəticəsinin aradan qaldırılması üzrə fövqəladə hallar qərargahının rəsmisi məlumat verib. \\Axar.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR