Tayvanda 6,5 bal gücündə zəlzələ oldu

2022-09-17 23:07:00

Tayvanda 6,5 bal gücündə zəlzələ oldu

Tayvan adasının şərqindəki Taytunq rayonunda 6,5 bal gücündə zəlzələ baş verib.

Bu haqda Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 21:41-də qeydə alınıb. Təkanlar Çinin materik hissəsindəki Fucien, Quandon və Cıcian vilayətlərində də hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat verilmir. \\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069977