Tayvan və Ukrayna oxşar tale yaşaya bilərmi?

2022-08-04 15:06:00

Tayvan və Ukrayna oxşar tale yaşaya bilərmi?

Ukraynanın başına gələn Tayvanın da başına gələ bilərmi? Rusiya Ukraynada müharibəyə başlayandan bəri Asiya-Sakit okean bölgəsində Tayvanın da eyni taleyi yaşayacağına dair suallar verilir. Bəziləri Çinin Ukrayna hadisələrindən dərs almasını tələb edir. Çünki hər şey Rusiyanın planlaşdırdığı kimi getmədi. Ukrayna nəzarət altına alınmalı, hərbi əməliyyatlar qısa müddətdə bitməli idi. Çinin Tayvanı işğal etməsi halında da iqtisadi baxımdan oxşar gözlənilməz gecikmələr mümkündür. 
Tayvan və Ukraynanın müqayisəsinin birinci mərhələsində və ya başqa sözlə desək, “Çin Rusiyaya dönəcəkmi” sualına cavab verərkən müşahidə edirik ki, iqtisadi baxımdan Çin ilə Rusiya arasında çox az oxşarlıq var. Dünyanın fabriki olan Çinin ümumdaxili məhsul Rusiya ilə müqayisə olunmayacaq dərəcədə çoxdur. Çin qlobal iqtisadiyyatla hərtərəfli sıx bağlı olsa da, Rusiya qlobal iqtisadiyyata ancaq enerji sektoru ilə "göbəkdən bağlıdır". Digər tərəfdən, Rusiya Avropa İttifaqından asılı deyil, Aİ isə Rusiyadan enerji sektorunda asılıdır. Çin qlobal iqtisadiyyata o qədər bağlıdır ki, mümkün sanksiyalar ölkəni sadəcə məhv edəcək. Rusiyanın belə qarşılıqlı asılılığı yoxdur, ona görə də Rusiya sanksiyalardan nisbətən az əziyyət çəkir. Bu, Çini Tayvanı işğal etməkdən saxlayan mühüm amildir.
Hərbi baxımdan Rusiyanın nüvə arsenalı ön plana çıxır. Hər iki ölkənin ordusunda quru qoşunları daha güclüdür və Ukrayna münaqişəsi də quruda gedir. Bununla belə, mümkün Tayvan müharibəsi həm də dəniz müharibəsi də olar. Çin donanmasının hələ də ABŞ donanmasından geri qaldığı düşüncəsi mövcuddur. Ukraynadakından fərqli olaraq Tayvanın mümkün işğalı Amerikanın birbaşa müdaxiləsinə səbəb ola bilər.İlk növbədə, Cənubi Koreya və Yaponiyada çoxlu Amerika bazaları var. Həmçinin, Tayvan Amerika silahları ilə təchiz olunub. Bu, işğal halında Çin ordusunun irəliləyişini gecikdirəcək. Məşhur Çin sərkərdəsi Sun Tzızının müdrikliyini rəhbər tutan Çin, qələbəyə əmin olmasa, müharibəyə girməyəcək. Nə qədər ki, ABŞ hərbi cəhətdən Çindən güclüdür, Tayvanın işğalı və ilhaqı olmayacaq. Bu baxımdam Çin “birləşməyə” tələsmir.
Digər məqam ondan ibarətdir ki, Rusiya NATO-nun genişlənməsini təhlükə kimi qəbul edib və bunu əsas götürərək strateji prioritetlərini müəyyənləşdirib. Çin də öz növbəsində dinc iqtisadi yüksəlişə böyük əhəmiyyət verir. Tayvanın mümkün işğalı Çinin bütün iqtisadi qazanclarını məhv edər. Beləliklə, biz müqayisənin ikinci hissəsinə, yəni Ukrayna və Tayvanın oxşarlığı / oxşarlığına gəlirik.
Tayvanın əhalisi Ukrayna əhalisinin yarısını təşkil edir. Ada əhalisinin 90% Xan Çinlidir. Ukraynada isə əhalinin 20%-i rusdur. Bu etnik nümunə iki bölgə arasında mühüm fərqə işarə edir. Digər tərəfdən, ukraynalı ruslar ümumiyyətlə Rusiyanın nəzarəti altında müstəqilliyin və ya Rusiya Federasiyasına qoşulmanın tərəfdarı olsalar da, Tayvanda Çinin nəzarətini qəbul etməyən güclü müstəqillik tərəfdarı var. Başqa sözlə, Tayvanda xan çinlilərinin çoxluq təşkil etməsi o demək deyil ki, onlar etnik zəmində Çinə qoşulmağa üstünlük verəcəklər. Çinin Tayvanla mədəni yaxınlaşma siyasəti istənilən effekti vermir. Tayvanlılıq özünü fərqli kimlik kimi ortaya qoyur.
Ukrayna Tayvana nisbətən daha az inkişaf edib. Tayvan iqtisadiyyatı Ukraynanın iqtisadiyyatından üç dəfə böyükdür. Tayvan regionun informasiya texnologiyaları mərkəzidir. ABŞ çətin ki, onu qurban versin. Başqa sözlə, Tayvan Ukrayna ilə müqayisədə ABŞ-ın imtina edə bilməyəcəyi regiondur. Çin quru gücüdür, ABŞ dəniz gücüdür və Tayvan ortadadır. Tayvanı kim tutsa, qalib gələcək. Çinin Tayvanı mümkün işğalı etməsi Yaponiya üçün əlverişsizdir. Çinin bu qəvi düşməni hətta mümkün müharibəyə müdaxilə edə bilər, baxmayaraq ki, sülhməramlı qüvvə buna mane ola bilər.
Həm Çin, həm də Tayvan Ukrayna hadisələrindən dərs alır. Demək olar ki, Tayvan Çin müdaxiləsinə daha çox hazırdır. Çin də indi ildırım əməliyyatının uğur qazana bilməyəcəyini bilir. Yaxın vaxtlara qədər Çinin hərbi strategiyası insanların silahlandırılması, cəbhəyə göndərilməsi və lazım gələrsə, aşağı intensivlikli müharibə strategiyalarının (partizan müharibəsi kimi) tətbiq edilməsini nəzərdə tutan xalq müharibəsi idi. Bu yaxınlarda baxış dəyişdi. Çin insan resurslarından çox texnologiyaya arxalanan bir orduya çevrilmək yolundadır, çünki Çinin quru müharibələri bitmiş kimi görünür. Artıq üfiqdə Sovet-Rusiya təhlükəsi görünmür. Vətəndaş müharibəsi və yapon işğalı çoxdan başa çatıb. Həmçinin, Tayvanı əldə etmək quru qüvvələri deyil, güclü donanma tələb edir. Tayvan tərəfi isə Ukraynada ehtiyat qüvvələrdən istifadəni nəzərə alaraq, xalq müharibəsi modelinə keçir. Ukratyna müharibəsindən hər iki tərəf-Çin də Tayvan da dərs çıxarır. Beləliklə, iki güc-Rusiya ilə Çin, Ukrayna ilə Tayvanın bəzi oxşarlıqları olsa da, fərqlər daha çoxdur. Çin sanksiyalardan qorxacaq. Onun donanması ən azı indilik istənilən səviyyədə vuruşa bilməyəcək. Tayvanın mümkün işğalı Amerikanın müdaxiləsi ilə nəticələnəcək. Tayvan ABŞ üçün iqtisadi və strateji baxımdan vacibdir. ABŞ onu Ukrayna kimi qurban verməyəcək. Ən azından indilik. Bəs Nenesi Pelosinin "həngamə qoparan" Tayvan ziyarəti nəyə hesablanmışdı-bu ilin noyabrında ABŞ-da keçiriləcək seçkilər əsas hədəfdir. Yəni seçkilərdə demokratların çoxluq təşkil etməsi üçün Tayvanda baş verənlər bir növ "PR" rolunu oynadı. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057418