Tayvan ordusu Çin dronlarına atəş açdı: Gərginlik pik həddədir

2022-08-31 17:09:00

Tayvan ordusu Çin dronlarına atəş açdı: Gərginlik pik həddədir

Tayvan ordusu Kimnen adaları ətrafında uçan Çinə məxsus dronlara atəş açıb.

Hurriyyet.az xəbər verir ki, Tayvan ordusu əvvəlcə xəbərdarlıq atəşi açıb. Ardınca isə dron atəşə tutulub. Bundan sonra dron ərazidən uzaqlaşıb. Məlumata görə, dron Çinin Fucien vilayəti istiqamətində qayıdıb. Ardınca digər dron Erdan adası yaxınlığına yaxınlaşıb. Həmin dron da atəş açılandan sonra ərazidən uzaqlaşıb. Tayvan tərəfi bəyan edib ki, uçan apartlar hərbi dronlar olmayıb. Onların hansı məqsədlə Tayvan ərazisinə yaxınlaşdığı məlum deyil. Tayvan tərəfi bəyan edib ki, dronlar ərazidən uzaqlaşmasa atəş açılaraq məhv ediləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063397