"Taxıl sazişi"nin müddəti uzadıldı

2022-11-17 15:34:00

"Türkiyənin ev sahibliyi etdiyi dördtərəfli danışıqlar nəticəsində Türkiyə, Birləşmiş Millətlər Təşkilatı, Rusiya Federasiyası və Ukrayna arasında alınan qərara uyğun olaraq, Qara Dəniz Taxıl Dəhlizi Sazişi 19 Noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb".

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitter səhifəsində yazıb.

“Son 4 ayda 500-ə yaxın gəmi ilə ehtiyacı olanlara 11 milyon tondan çox taxıl və ərzaq mallarının çatdırılması ilə bu müqavilənin dünyanın ərzaq təminatı və təhlükəsizliyi baxımından nə qədər əhəmiyyətli və faydalı olduğu açıq şəkildə görüldü.

Mən Birləşmiş Millətlər Təşkilatına, Baş katib cənab Quterreşə, cənab Putinə və Ukrayna Prezidenti cənab Zelenskiyə sazişin müddətini uzatmaq istəyinə görə minnətdarlığımı bildirmək və əməyi olan hər kəsi təbrik etmək istəyirəm”, - Ərdoğan bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136017