Taxıl qıtlığı səbəbindən fövqəladə vəziyyət elan edildi – Rusiyanın Ukraynaya təcavüzünün fəsadları

2022-06-03 22:27:00

Taxıl qıtlığı səbəbindən fövqəladə vəziyyət elan edildi – Rusiyanın Ukraynaya təcavüzünün fəsadları

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, BMT-nin məlumatına görə, dünyanın ən az inkişaf eləmiş üçüncü ölkəsi hesab edilən Çad dövlətində Rusiyanın 24 fevral tarixində Ukraynaya qarşı müharibəsi nəticəsində ərzaq böhranı ilə qarşılaşdığı üçün fövqəladə vəziyyət elan edilib.

Mərkəzi Afrikada yerləşən Çad ölkəsinin iqtitadındakı Hərbi Şuranın başçısı Məhəmməd İdris Debi İtnonun imzaladığı fərmanda bildirili ki, ərzaq yardımı da daxil olmaqla humanitar yardım edilməyəcəyi təqdirdə əhali təhlükəli vəziyyətdə qalacaq.  Çad hökuməti fövqəladə vəziyyət elan edildiyini bildirərək, yardım çağırışı edib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qlobal buğda ixracının 30 faizinə sahib olan iki ölkədən buğda tədarük edilməməsi böhrana səbəb olub.

BMT-nin Ümumdünya Ərzaq Proqramı Ukraynada taxıl yüklü gəmilərin yola çıxması üçün limanların açılmayacağı təqdirdə, “qıtlıq və məcburi kütləvi köç” təhlükəsinin reallaşa biləcəyini bəyan edib. 70-dən artıq gəmi limanlarda qaldığı üçün 20 milyon tondan artıq taxılın ixracı ləngiyir.

Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyindən Rusiya taxılının da nəqli dayanıb. Bu iki ölkədən budğa alan Afrika ölkələri qıtlıq təhlükəsi qarşısındadır.

BMT-nin ötən ildəki hesabatlarında 5,5 milyon çadlının təcili humanitar yardıma ehtiyacı olduğu bildirilmişdi.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya