Saat:10:26
Haqqımızda

Tatlısəsin 3 günlük körpəsi əməliyyat olundu - FOTO

2024-01-25 21:32:18

Tatlısəsin 3 günlük körpəsi əməliyyat olundu - FOTO

İbrahim Tatlısəsin yeni doğulan əkiz nəvələrindən birinin ürəyində problem yaşanıb.

3 günlük körpə xəstəliyi səbəbindən əməliyyat olunub.

Müğənni “X” hesabında etdiyi paylaşımda nəvəsi üçün dualar istəyib.

“Hər kəsdən kiçik Tatlısesimiz üçün dua etməyi xahiş edirəm. Əkizlərdən birinin ürəyində problem var. Dualarınızla inşallah balaca Tatlısəsin işi asanlaşar. Allah bizə onu çox görməsin. Allah dua edən hər kəsdən razı olsun”.

Tatlısəs növbəti paylaşımında isə nəvəsinin əməliyyat olunduğunu deyib.

“Allah dua edən hər kəsdən razı olsun. Əməliyyat çox yaxşı keçdi. Dualarınız üçün çox sağ olun. Allah razı olsun”.

Qeyd edək ki, müğənni paylaşımda ilk dəfə nəvəsinin üzünü göstərib.

 

 

Ölkə.Az 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206540